23:12 13-05-2021
news_image
139
FUTBOL

“Yuventus” futbolçularının narazılığı - Ronaldodan

“Yuventus”un hücumçusu Kriştianu Ronaldonun “Ferrari”nin zavodunu ziyarət etməsi komanda daxilində birmənalı qarşılanmayıb.

Apasport.az saytının məlumatına görə, xüsusən də, komandanın “Milan”a böyükhesablı məğlubiyyətinin (0:3) ertəsi günü portuqaliyalı superulduzun president Andrea Anyelli ilə birlikdə bu addımı narazılığa yol açıb.

“Qoca sinyora”nın futbolçuları 36 yaşlı forvardın tədbirə yollanmaq üçün məşqə qatılmamasını ayrı-seçkilik hesab edib. Bu səbəbdən bəzi oyunçular artıq Ronaldo ilə məsafə saxlamağa başlayıb.

Ronaldo səfər zamanı 1,4 milyon funt-sterlinq qarşılığında yeni aldığı “Ferrari” avtomobilinə də qovuşub. Futbolçunun mövsümün sonunda “Yuventus”dan ayrılması, “Mançester Yunayted” və ya “Sportinq”ə qayıtması gözlənilir.

Qeyd edək ki, “Yuventus” A seriyasında sona iki tur qalmış turnir cədvəlinin 5-ci pilləsində qərarlaşır.