20:45 13-05-2021
news_image
239
FUTBOL

Hakimi açıqlandı - “Sumqayıt” – “Neftçi” oyununun

Azərbaycan Premyer Liqasında XXVII turun bütün təyinatları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, eyni gündə keçiriləcək oyunların hakimləri, hakim-inspektor və AFFA nümayəndələri bəlli olub.

Sabah baş tutacaq turun ilk matçında Elçin Məsiyev fit çalacaq. O, “Qəbələ” –“Sabah” görüşünü idarə edəcək.

Çempionluğun taleyi həll oluna biləcək qarşılaşmalar Kamal Umudlu və Rauf Cabarova tapşırılıb. Onlar müvafiq olaraq “Qarabağ” – “Keşlə” və “Sumqayıt” – “Neftçi” matçlarına təyinat alıb. “Zirə” – “Səbail” görüşünün baş hakimi isə İnqilab Məmmədov olacaq. 

Azərbaycan Premyer Liqası
XXVII tur
14 may (cümə)
“Qəbələ” –“Sabah”
Hakimlər:
Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Qəbələ şəhər stadionu, 17:00

“Zirə” – “Səbail”
Hakimlər:
İnqilab Məmmədov, Akif Əmirəli, Nahid Əliyev, Namiq Bəkirov 
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Zirə İdman Kompleksinin stadionu, 19:00

“Qarabağ” – “Keşlə”
Hakimlər:
Kamal Umudlu, Müslüm Əliyev, Eyyub İbrahimov, Əliyar Ağayev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Kərim Ağayev
“Azersun Arena”, 19:00
 
“Sumqayıt” – “Neftçi”
Hakimlər:
Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Kapital Bank Arena”, 19:00