11:52 14-05-2021
news_image
434
DİGƏR NÖVLƏR

Ailə ənənələrinin davamçısı – FOTOSESSİYA

Macarıstanda keçirilən su idman növləri üzrə Avropa çempionatında qadınların 10 metrlik qüllədən suyatullanma yarışı dramatik mübarizə ilə əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, qızıl medal uğrunda mübarizə aparan rusiyalı idmançılar dəfələrlə mövqelərini dəyişsə də, sonda Anna Konanıxinaya uduzan Yuliya Timoşinina ikinciliklə kifayətlənib.

23 yaşlı gümüş mükafatçı ailə ənənələrinin davamçısı hesab edilir. Onun atası Vladimir dünya üçüncüsü, Avropa çempionu, anası Svetlana ikiqat dünya mükafatçısı, üçqat Avropa çempionudur. Suyatullanmaya damğa vuran ailənin davamçısı dünya ikincisi və üçqat Avropa çempionu olsa da, bu dəfə həmyerlisinə uduzub.

Lakin Timoşinina təkcə idman uğurları ilə öyünmür. Gözəlliyi ilə də qəlbləri oxşayan suyatullanan paylaşdığı şəkilləri ilə də idmançıya xas bədən quruluşunu nümayiş etdirməkdən çəkinmir.