12:03 14-05-2021
news_image
101
FUTBOL

Ən gənc debütant – A seriyasında

İtaliya A seriyasında yeni rekord qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, “Bolonya”nın futbolçusu Visdom Ami çempionatın tarixinə düşüb.

Mərkəz müdafiəçisi A seriyasının ən gənc futbolçusu olub. O, “Cenoa” ilə matçın (0:2) 89-cu dəqiqəsində meydana daxil olaraq rekord vurub.

Aminin debütü 15 yaş 9 aylığında gerçəkləşib. O, Amedeo Amadey və Pyetro Pelleqriyə məxsus şərikli rekordu yeniləyib. Onlar 15 yaş 280 günlüyündə A seriyasında ilk matçına çıxıb.