13:16 14-05-2021
news_image
158
AVRO-2020

Ən uzun qol seriyaları – AVRO-2020-yə doğru

Avropa çempionatlarının ən uzun qol seriyaları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) cədvəlində seçmə və final mərhələlərində ən azı 6 ardıcıl oyunda qol vuranlar yer alıb.

Siyahıya 12 futbolçu daxil edilib. Cədvələ başçılıq edən Harri Keyn mütləq rekordun müəllifidir. Seriyası davam edən hücumçu AVRO-2020-də bu uğurunu davam etdirmək imkanına da malikdir.

Keyn kimi Kriştiano Ronaldonun da seriyası davam edir. Portuqaliyalı son 6 seçmə oyununu qolsuz tərk etməyib.

1. Harri Keyn (İngiltərə) – 8 oyun (8 seçmə +0 final)
2-3. Jan-Pyer Papen (Fransa) – 7 (6+1)
Klaas Yan Huntelaar (Niderland) – 7 (6+1)
4. Ueyn Runi (İngiltərə) – 7 (7+0)
5. Mişel Platini (Fransa) – 6 (1+5)
6. Milan Barroş (Çexiya) – 6 (2+4)
7. Mario Qomes (Almaniya) – 6 (4+2)
8. David Trezeqe (Fransa) – 6 (1+5)
9-12. Miroslav Kloze (Almaniya) – 6 (6+0)
9-12. Edin Dzeko (Bosniya və Herseqovina) – 6 (6+0)
9-12. Kriştiano Ronaldo (Portuqaliya) – 6 (6+0)
9-12. Aleksandar Mitroviç (Serbiya) – 6 (6+0)