14:37 14-05-2021
news_image
96
FUTBOL

Hakimi söyən məşqçiyə üç təklif – “Milan” da var

Portuqaliyanın “Porto” klubunun baş məşqçisi Serjio Konseysao karyerasını “Böyük beşlik” liqalarında davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, 46 yaşlı mütəxəssis İtaliya “Milan”ı və Fransa “Marsel”inin hədəfindədir.

Portuqaliyalı çalışdırıcının Rusiya “Zenit”inə keçidi də gündəmdədir. Konseysao bir müddət əvvəl qalmaqalla diqqət mərkəzinə düşüb.

Çempionat oyunu zamanı mütəxəssis hakimi söyüb. Bu üzdən də baş məşqçi 21 matçlıq diskvalifikasiya edilib.