15:07 14-05-2021
news_image
86
FUTBOL

Ayın futbolçusu seçildi – 4 qolla

İngiltərə Premyer Liqasında ayın futbolçusu bəlli olub.

Apasport.az saytının məlumatına görə, Cessi Linqard aprelin ən yaxşısı seçilib.

“Vest Hem”in hücumçusu ötən ay 4 qola imza atıb. O, digər namizədlər Trent Aleksander-Arnold (“Liverpul”), Stüart Dallas (“Lids”), Meyson Qrinvud (“Mançester Yunayted”), Keleçi İheanaço (“Lester”), Matteus Pereyra (“Vest Bromviç”), Allan San-Maksimen (“Nyukasl”) və Kris Vudu (“Bernli”) qabaqlayıb.

Qeyd edək ki, səsvermədə azarkeşlər, 20 klubun kapitanı və ekspertlər iştirak edib.