17:13 14-05-2021
news_image
101
FUTBOL

“Yuventus”dan gedir – İsveçrəyə

İtaliyanın “Yuventus” klubunun futbolçusu Canluka Frabyotta karyerasını İsveçrədə davam etdirə bilər. 

Apasport.az saytının məlumatına görə, 21 yaşlı müdafiəçi “Bazel”in maraq dairəsinə düşüb.

Artıq tərəflər arasında danışıqlara da start verilib. Onun keçidinin yay transfer dövründə reallaşacağı gözlənilir.

Qeyd edək ki, “Yuventus”un digər oyunçusu Duqlas Kosta da komandadan ayrılmağa yaxındır. Yarımmüdafiəçi Braziliyanın “Qremio” klubuna keçə bilər.