17:53 14-05-2021
news_image
98
FUTBOL

Özünü təcrid etdi - Kroos

İspaniyanın “Real” klubunun futbolçusu Toni Kroos karantindədir.

Apasport.az saytının məlumatına görə, almaniyalı yarımmüdafiəçi özünü təcrid edib.

Buna səbəb Kroosun xəstə insanla təmasda olmasıdır. Onun testi mənfi nəticə versə də, futbolçu ehtiyat tədbiri kimi karantinə çəkilib. Təcridolunmanın müddəti dəqiqləşməyib.

Qeyd edək ki, Toni “Real”ın son matçında ehtiyatda qalıb.