19:08 14-05-2021
news_image
165
FUTBOL

“Qəbələ” də penalti vurarmış - 433 gündən sonra

“Qəbələ” Azərbaycan Premyer Liqasının 2020/21 mövsümündə ilk dəfə penalti zərbəsi vurub.

Apasport.az saytının məlumatına görə, bu, XXVII turun “Sabah”la görüşünə təsadüf edib.

Baş hakim Elçin Məsiyevin təyin etdiyi zərbəni Nikolas Raysel dəqiq yerinə yetirib. Bununla da “qırmızı-qaralar”ın penalti həsrəti sona çatıb.

Elmar Baxşıyevin yetirmələri sonuncu dəfə ötən mövsümün yarımçıq dayandırılmazdan öncəki son matçında belə imkan qazanmışdı. 2020-ci il martın 7-də “Sumqayıt”ı 5:0 hesabı ilə yenən “Qəbələ”nin qollarından biri penaltidən vurulmiuşdu. İndiki kimi 433 gün öncə də bu şansdan Raysel yararlanmışdı.

Qeyd edək ki, “Qəbələ” – “Sabah” görüşü 2:2 hesabı ilə başa çatıb.