19:46 14-05-2021
news_image
153
FUTBOL

Havanın isti olmasından şikayətləndi – “Sabah”ın baş məşqçisi

“Oyuna pis başlamadıq. Lakin hesabda iki top fərqi ilə önə keçdikdən sonra komanda bir qədər rahatlaşdı”. 

Apasport.az saytının məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Ramin Quliyev deyib.

Gənc çalışdırıcı Azərbaycan Premyer Liqasının XXVII turunun “Qəbələ” ilə səfər matçı (2:2) barədə fikirlərini açıqlayıb: “Bundan sonra rəqib əvvəlcə penaltidən hesab arasındakı fərqi azaltdı, daha sonra isə bərabərlik qolunu vurdu. Oyunun sonlarında iki yüzfaizlik imkanımız da olsa da, dəyərləndirə bilmədik. Bu matçda qalib də gələ bilərdik, uduza da. Havanın çox isti olması da oyuna təsir etdi. Təəssüfləndirən əsas məqam 2 top fərqi ilə öndə olsaq da, sonda qələbə hesabını qoruyub saxlaya bilməməyimiz oldu".