21:12 14-05-2021
news_image
451
FUTBOL

“Çempionatın ritmini də, həyəcanını da verən “Neftçi”dir” – Samir Abasov

“Sumqayıt”a qarşı ilk oyunda dedim ki, biz özümüzə uduzduq”.

Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov deyib.

43 yaşlı mütəxəssis Azərbaycan Premyer Liqasının XXVII turunun “Sumqayıt”la matçı (1:0) barədə fikirlərini açıqlayıb: “Matça millidən gələn oyunçularla çıxmışdıq. Bu gün oyunda həyəcan var idi. Biri vurmaq, o biri buraxmaq istəmirdi. 100 faizlik imkanları qaçırdıq. Rəqibin yalnız bir epizodunu xatırlayıram. Əsas o idi, hücumda effektli olaq. Müdafiədə pis oynamadıq. Ümid son oyuna qaldı”.

Abasov “CBC Sport”a açıqlamasında son tur barədə də danışıb: “Qarabağ”la görüşdə bu qədər imkan olacaqmı? Ağdamlıların bu qədər imkan verdiyini xatırlamıram. Amma ələ düşən bir imkandan da yararlanmalıyıq. Oyun göstərəcək. Matçın təzyiqinin altında idik. Digər görüşdən xəbərimiz yox idi. Çempionatın ritmini də, həyəcanını da verən “Neftçi”dir. Böyük iş gördülər. Bunun sonunda nəticə də olsa, sevincimizin həddi-hüdudu olmaz”.