09:54 15-05-2021
news_image
58
FUTBOL

İngiltərə rekordu – “Mançester Siti”dən

İngiltərə Premyer Liqasının XXXVI turunda “Nyukasl”ın qonağı olan “Mançester Siti” 4:3 hesablı qələbə qazanıb.

Apasport.az saytının məlumatına görə, “şəhərlilər” bütün turnirlərdəki son məğlubiyyətsiz səfər matçlarının sayını 23-ə çatdırıb.

Bu isə İngiltərə futbol tarixində rekord göstəricidir. Buna qədər rekord 2012-ci ildə 22 məğlubiyyətsiz səfər seriyası ilə “Notts Kaunti”yə məxsus idi.

Eyni zamanda ardıcıl 12-ci səfər qalibiyyəti əldə edən Pep Qvardiolanın yetirmələri bu baxımdan da Premyer Liqa rekordunu yeniləyib.

Qeyd edək ki, 36 turda 83 xal toplayan “Mançester Siti” vaxtından əvvəl Premyer Liqa çempionluğunu təmin edib.