11:00 25-08-2008
news_image
325
STOLÜSTÜ OYUNLAR

Azərbaycanın şahmat yığması olimpiadada 4-cü yeri tutub

Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyənin Mersin şəhərində 16 yaşadək şahmatçıların Ümumdünya Olimpiadası başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan yığması fəxri kürsüyə yüksəlmək şansını son turda əldən verib. VIII turda prinsipial görüşdə Ermənistanı 3:1 hesabı ilə məğlub edən komandamız axırıncı oyunda Rusiyaya uduzub – 1,5:2,5. Bununla da, milli komandamız 24,5 xalla 4-cü yeri tutub. Olimpiadanın qalibi isə 28,5 xala malik Hindistan yığması olub.