10:20 15-05-2021
news_image
1283
TOP OYUNLARI

Yığmamızda yeni baş məşqçi - EKSKLÜZİV

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçi postunda dəyişiklik olub. 

Apasport.az saytının məlumatına görə, yığmamızı mayın 28-də start götürəcək Qızıl Avropa Liqasına Vasif Talıbov çıxarmayacaq. 

Millidə hansısa uğura imza ata bilməyən gənc çalışdırıcını Vüqar Əliyev əvəzləyib. Əsas komandamızda və aşağı yaş qrupu üzrə yığmalarımızda çalışmış təcrübəli mütəxəssis təlim-məşq toplanışında da voleybolçularımıza rəhbərlik edib. 

Yığmada digər məşqçilər isə dəyişməz qalıb. Əliyevə Eldar Yusubovla Famil Ağayev köməklik edəcəklər. Artıq Azərbaycan Voleybol Federasiyası bununla bağlı sifarişini Avropa Voleybol Konfederasiyasına da göndərib. 

Qeyd edək ki, Azərbaycan millisi Qızıl Avropa Liqasının A qrupunda Fransa, Rumıniya və İspaniya ilə mübarizə aparacaq. Komandalar ilk dövrəni mayın 28-30-da Rumıniyada, ikinci dövrəni iyunun 4-6-da Fransada oynayacaqlar.