10:54 15-05-2021
news_image
125
FUTBOL

Son 11 ildə ilk – Premyer Liqamızda

Azərbaycan Premyer Liqasında çempion son turda müəyyənləşəcək.

Apasport.az saytının məlumatına görə, 11 ildən sonra ilk dəfə belə bir hal yaşanır.

Axırıncı dəfə 2009/10 mövsümündə çempionluq mübarizəsi sona qədər davam edib və “İnter” (indiki “Keşlə”) qızıl medallara yiyələnib. Bunun ardından “Neftçi” 3 mövsüm çempionata dominantlıq, daha sonra isə “Qarabağ” ardıcıl 7 il hegemonluq edib. Həmin 10 çempionatın heç birində çempionluq yarışı son tura qalmayıb.

Yalnız ötən mövsüm koronavirus səbəbindən mövsüm yarımçıq başa çatdırılıb, komandaların turnir cədvəlindəki mövqelərinə əsasən medalçılar müəyyənləşib.

Beləliklə, mayın 19-da “Dalğa Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” matçı “Qızıl oyun”a bərabər olacaq və qızılla gümüş mükafatçının adına 90 dəqiqəlik mübarizə ilə aydınlıq gələcək.

Son tur öncəsi “Qarabağ”ın 57, “Neftçi”nin 56 xalı var.