11:13 15-05-2021
news_image
113
FUTBOL

"Oynamağın necə olduğunu artıq unutmuşdum" - 10 ildən sonra meydana qayıdan 35 yaşlı qapıçı

İngiltərə Premyer Liqasının XXXVI turunda “Nyukasl”la oyun “Mançester Siti”nin (4:3) qapıçısı Skott Karson üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, 35 yaşlı qolkiper 10 ildən sonra ilk dəfə yüksək liqa matçında çərçivəni qoruyub.

Karson axırıncı dəfə 2011-ci ilin mayında “Vest Bromviç”in qapıçısı kimi məhz “Nyukasl”la görüşdə iştirak etmişdi. İki oyun arasında 3645 günlük fasilə yaranıb ki, bu, İngiltərə liqası tarixindəki ən uzunmüddətli boşluqdur.

O, meydana çıxması ilə bağlı təəssüratlarını da bölüşüb: “Oynamağın necə olduğunu artıq unutmuşdum. Təəssüf ki, ailəm belə bir anda stadiona gələ bilmədi. Premyer Liqanın qızıl medalının mənə təklif ediləcəyinə əmin deyiləm, amma imtina etməyəcəyəm”.

Qeyd edək ki, Skott Karson “Mançester Siti”yə 2019-cu ildə Çempionşip təmsilçisi “Derbi Kaunti”dən keçib.