00:07 16-05-2021
news_image
173
FUTBOL

Ən çox futbolçu ixrac edənlər – Azərbaycanda ilk “üçlük”dəkilərin 13 təmsilçisi

Cari mövsümün nəticələrinə əsasən, dünya futboluna ən oyunçu ixrac edən ölkələrin adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, 145 liqanın yer aldığı araşdırma nəticəsində 50 ölkədən ibarət siyahı formalaşıb.

Hər il olduğu kimi, yenə cədvələ Braziliya başçılıq edir. “Sambaçılar” ölkəsini 1287 futbolçu tərk edərək, legioner həyatı yaşayıb. İkinci pillədəki Fransa xarici liqalara 946 oyunçu bəxş edib. Azərbaycan Premyer Liqasında hazırda 6 braziliyalı, 6 fransalı çıxış edir. İlk “üçlük”də qərarlaşan Argentinanın 780 legioneri mövcuddur. Ölkəmizdə isə cəmi 1 argentinalı karyerasını davam etdirir.

Ən çox futbolçu ixrac edən 10 ölkə:
1. Braziliya – 1287
2. Fransa – 946
3. Argentina – 780
4. İngiltərə - 494
5. Almaniya – 442
6. Serbiya – 440
7. İspaniya – 432
8. Nigeriya – 394
9. Kolumbiya – 379
10. Xorvatiya - 375