13:11 15-05-2021
news_image
134
FUTBOL

Gedəcəyi tarixi açıqladı – Luis Suares

“Atletiko”nun hücumçusu Luis Suares Uruqvay millisindən gedəcəyi tarixi müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, 34 yaşlı forvard gələn il yığma karyerasını bitirəcəyini açıqlayıb.

Ulduz futbolçu Qətərdə təşkil ediləcək dünya çempionatındakı iştirakdan sonra bu addımı atacaq: “Qətərdəki dünya çempionatında iştirak etmək və sonra millidən ayrılmaq istəyirəm. Birincisi yaşa, ikincisi, gənclərə yol açmaq üçün. Onlar da şans qazanmalıdırlar. Vaxtı gələndə hər bir insan ona nə qədər çətin olsa da, ağır qərarlar verməli olur”.

Qeyd edək ki, Luis Suares 2007-ci ildən şərəfini qoruduğu Uruqvay millisinin heyətində 116 oyunda 63 qol vurub.