14:06 15-05-2021
news_image
196
FUTBOL

Qvardiolanın qızı ilə sevgili oldu - Dele Alli

“Tottenhem”in futbolçusu Dele Alli özünə yeni sevgili tapıb.

Apasport.az saytının məlumatına görə, bu yaxınlarda model Rubi Mae tərəfindən tərk edilən “Tottenhem”in yarımmüdafiəçisi çox keçmədən boşluğu doldurub.

Maraqlısı ondadır ki, 25 yaşlı orta sahə oyunçusunun yeni sevgilisi “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın qızı 20 yaşlı Mariya Qvardioladır. Cütlük Londondakı bir restoranda səmimi şəkildə görüntülənib, hətta diqqətlər üzərlərində olmasına baxmayaraq, öpüşməkdən də çəkinməyiblər.

Qeyd edək ki, Dele Alli 5 il Rubi Mae ilə sevgili olsa da, futbolçu kompüter oyunlarına daha çox vaxt ayırdığı üçün model onu tərk etmişdi.