15:00 15-05-2021
news_image
111
FUTBOL

Arteta ilə bağlı qərarını verdi – “Arsenal”

“Arsenal” baş məşqçisi Mikel Arteta ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, rəhbərlik gənc mütəxəssisi postunda saxlayacaq.

39 yaşlı çalışdırıcı gələn mövsüm də “topçular”ın sükanı arxasında olacaq. İspaniyalı məşqçini dəstəkləyən rəhbərlik onunla yay transferlərinin müzakirəsinə artıq başlayıb.

Qeyd edək ki, “Arsenal” hazırda 55 xalla Premyer Liqada 9-cu yerdə gedir.