15:21 15-05-2021
news_image
242
FUTBOL

Zidanın əvəzləyicisi məlumdur – komanda yoldaşı

“Real”ın baş məşqçisi Zinəddin Zidan mövsümün sonunda postundan ayrılmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, “kral klubu”nun rəhbərliyi fransalı mütəxəssisin əvəzləyicisini artıq müəyyənləşdirib.

Bu posta əsas namizəd “Real”ın əfsanəvi hücumçusu Raul Qonzalesdir. Hazırda “Real”ın ikinci komandası “Kastilya”nı çalışdıran gənc mütəxəssis yayda əsas kollektivin sükanı arxasına gətirilməsə, “Ayntraxt”ın baş məşqçi təklifini qəbul edəcək.

Qeyd edək ki, məşqçilik karyerasına 2018-ci ildə “Real”ın gənclər komandasında başlayan Raul Qonzales 2019-cu ildən “Kastiya”ya rəhbərlik edir. Zidanla Raul 2001-2006-cı illərdə “Real”da komanda yoldaşı olublar.