15:56 15-05-2021
news_image
170
FUTBOL

İlk klubunun səhmlərini aldı - Alaba

“Bavariya”nın müdafiəçisi David Alaba ölkəsi Avstriyanın “Austriya” klubuna maddi dəstək verib.

Apasport.az saytının məlumatına görə, müdafiəçi iflas həddində olan klubun səhmlərinin 2 faizini alıb.

Alaba bunun üçün 500 min avro ödəyib. Bu sərmayənin Avstriyaya yeni investor cəlbinə kömək etməsi gözlənilir. Alaba 2002-2008-ci illərdə “Austriya”nın gənclər komandalarında oynayıb, oradan “Bavariya” akademiyasına keçib.

Qeyd edək ki, “Bavariya” ilə müqavilə müddəti gələn ayın sonuna qədər olan David Alaba yayda klubu tərk edəcəyini açıqlayıb.