16:48 15-05-2021
news_image
139
FUTBOL

Premyer Liqa klubları istəyir – “Real”ın müdafiəçisini

“Real”ın müdafiəçisi Rafael Varan yay fasiləsində Madrid klubundan ayrılmağa yaxındır.

Apasport.az saytının məlumatına görə, rəhbərlik fransalı futbolçunun cari mövsümdəki çıxışından narazıdır.

28 yaşlı mərkəz müdafiəçisinin karyerasını İngiltərədə davam etdirməsi gözlənilir. Çünki Premyer Liqanın iki təmsilçisi “Liverpul” və “Mançester Yunayted” onun xidmətində maraqlıdır. Hər iki klub futbolçunun nümayəndələri ilə artıq təmas da qurub.

Qeyd edək ki, “Real”la müqavilə müddəti gələn ilin yayına qədər olan Rafael Varan cari mövsüm bütün turnirlərdə 40 oyun keçirib, 2 qol vurub.