17:13 15-05-2021
news_image
245
AVRO-2020

Ən yaxşı cinah müdafiəçiləri – AVRO-2020-yə doğru

AVRO-2020 öncəsi daha iki mövqe üzrə iştirakçı komandaların ən yaxşı futbolçularının adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, bu dəfə 24 yığmanın hər birinin əsas sol və sağ cinah müdafiəçisi sıralanıb.

Qitə birinciliyinin sol cinah üzrə ən yaxşı oyunçusu İspaniya millisinin üzvü Jordi Alba sayılır. Onu şotlandiyalı Endi Robertson izləyir. İlk “üçlüy”ü isə Fransa yığmasının arxa xətt oyunçusu Lukas Ernandes qapayır.

Sağ cinahın ən güclüsü isə Kayl Uolkerdir. İngiltərə millisinin üzvündən sonra müvafiq olaraq Joao Kanselo ilə Benjamin Pavar 2-3-cü yerləri bölüşürlər.


Ən yaxşı sol cinah müdafiəçiləri:

1. Jordi Alba (İspaniya)
2. Endi Robertson (Şotlandiya)
3. Lukas Ernandes (Fransa)
4. Ben Kiluell (İngiltərə)
5. Rafael Gerreyro (Portuqaliya)
6. Robin Qosens (Almaniya)
7. Ben Deyvis (Uels)
8. Ouen Veyndal (Niderland)
9. Yan Vertongen (Belçika)
10. Leonardo Spinatsola (İtaliya)
11. Yoakim Maehle (Danimarka)
12. Lüdviq Auqustinsson (İsveç)
13. Rikardo Rodriges (İsveçrə)
14. Ezqyan Alioski (Şimali Makedoniya)
15. Vitali Mikolenko (Ukrayna)
16. Maçiey Ribus (Polşa)
17. Yan Boril (Çexiya)
18. Andreas Ulmer (Avstriya)
19. Yukka Raytala (Finlandiya)
20. Fyodor Kudryaşov (Rusiya)
21. Borna Barişiç (Xorvatiya)
22. Umut Meraş (Türkiyə)
23. Tomas Huboçan (Slovakiya)
24. Silvester Hanqya (Macarıstan)


Ən yaxşı sağ cinah müdafiəçiləri:
1. Kayl Uolker (İngiltərə)
2. Joao Kanselo (Portuqaliya)
3. Benjamin Pavar (Fransa)
4. Alessandro Florenzi (İtaliya)
5. Xesus Navas (İspaniya)
6. Lukas Klostermann (Almaniya)
7. Vladimir Kufal (Çexiya)
8. Tomas Menye (Belçika)
9. Denzel Dumfris (Niderland)
10. Zəki Çelik (Türkiyə)
11. Kevin Mbabu (İsveçrə)
12. Daniel Vass (Danimarka)
13. Sime Vrsaliko (Xorvatiya)
14. Neko Uilyams (Uels)
15. Mario Fernandes (Rusiya)
16. Stefan Layner (Avstriya)
17. Yere Uronen (Finlandiya)
18. Bartoş Berejinski (Polşa)
19. Mikael Lustiq (İsveç)
20. Peter Pekarik (Slovakiya)
21. Aleksandr Karavayev (Ukrayna)
22. Stefen Odonnell (Şotlandiya)
23. Gerqo Lovrençis (Macarıstan)
24. Stefan Ristovski (Şimali Makedoniya)