17:49 15-05-2021
news_image
105
FUTBOL

La Liqa ilə Premyer Liqanı müqayisə etdi - Pike

“Barselona”nın müdafiəçisi Jerar Pike İspaniya La Liqası ilə İngiltərə Premyer Liqasını müqayisə edib.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu İspaniya çempionatını daha üstün tutub.

Onun fikrincə, Premyer Liqanın yeganə fərqi fiziki gücə önəm verilməsidir: “İspaniyadakı oyunçuların əsas xüsusiyyəti istedaddır. Premyer Liqa ilə müqayisədə deyərdim ki, oradakı futbolda daha çox fiziki gücə diqqət yetirilir. La Liqanı xüsusi edən keyfiyyət və istedadla yanaşı, azarkeşlərin ehtirası və rəqabətidir”.

Qeyd edək ki, Jerar Pike 2004-2008-ci illərdə İngiltərədə “Mançester Yunayted”in formasını geyinib.