00:08 16-05-2021
news_image

Ermənistana qalib gələn cüdoçularımız ikinci oldular - FOTOSESSİYA

Rusiyanın paytaxtı Moskvada usta cüdoçular arasında beynəlxalq turnir keçirilib. 

Apasport.az saytının məlumatına görə, 15-ci dəfə təşkil olunan nüfuzlu yarışda Rusiya, Yunanıstan, İspaniya, Gürcüstan, Ermənistan, Belarus, Monqolustan, Qırğızıstan, Tacikistan, Özbəkistan idmançıları ilə yanaşı, Azərbaycanın veteran cüdoçuları da mübarizə aparıblar. 

1/8 finalda Ermənistan komandasını 5:0 hesabı ilə məğlub edən usta cüdoşularımız 1/4 finalda Qırğızıstana 5:0, 1/2 finalda isə Tacikistan millisinə 3:2 hesabı ilə qalib gələrək finala çıxıblar. 

Finalda meydan sahibləri Rusiya komandasına 2:3 hesabı ilə uduzan millimiz beynəlxalq turnirin gümüş medalını qazanıb. 

Belarus və "RROS Qvardiya" komandaları bürünc medallara sahib olublar. 

Sonda yarışın mükafatçılarına kuboklar, medallar və diplomlar təqdim edilib.