00:32 16-05-2021
news_image
153
FUTBOL

“Mançester Yunayted”də Ronaldodan sonrakı “7 nömrə”lər – ADLAR

“Mançester Yunayted”in hücumçusu Edinson Kavani son vaxtlar sərgilədiyi parlaq oyun sayəsində klubdan yeni müqavilə təklifi alıb.

Apasport.az saytının məlumatına görə, uruqvaylı forvard bununla 7 nömrələrin uğursuzluq sindromuna son qoyub.

Axırıncı dəfə “qırmızı şeytanlar”da bu forma altında möhtəşəm performans ortaya qoyan futbolçu Kriştiano Ronaldo olub. Portuqaliyalı superulduz 2009-cu ildə komandadan ayrıldıqdan bəri 6 futbolçu bu nömrəni daşıyıb. Ancaq onlardan heç biri Ronaldonun göstəricilərinə yaxınlaşa bilməyib.

Yalnız Kavani son matçlardakı qollar sayəsində Ronaldodan sonrakı ən yaxşı “7 nömrə” olmağı bacarıb.

Ronaldonun ardından bu formanı geyinən oyunçuların nəticələri aşağıdakı kimidir:
Maykl Ouen – 31 oyun, 5 qol
Antonio Valensiya – 30 oyun, 1 qol
Anxel Di Mariya – 29 oyun, 2 qol
Memfis Depay – 33 oyun, 2 qol
Aleksis Sançes – 32 oyun, 3 qol
Edinson Kavani – 23 oyun, 9 qol