10:35 16-05-2021
news_image
96
FUTBOL

Türkiyə yığmasında qolda ən çox iştirak edənlər – Şenol Günəşin dönəmində

Gələn ay AVRO-2020-yə qatılacaq və qrupda iki oyununu Bakıda keçirəcək Türkiyə millisi Şenol Günəşin rəhbərliyi altında ikinci dönəmini yaşayır.

Apasport.az saytının məlumatına görə, 69 yaşlı mütəxəssisin 2019-cu ilin martıdakı təyinatından sonra qardaş ölkə yığması yenidən yüksəlişə keçib.

Həmişə uğurlu heyət seçimi ilə diqqət çəkən Günəşin ikinci dönəmində Türkiyə yığmasının ən məhsuldar oyunçularının siyahısı açıqlanıb. Yerli həmkarlarımız vurulan qollarda ən çox yaxından iştirak edən futbolçuları müəyyənləşdiriblər. Bu üzdən hesablama qol və məhsuldar ötürmənin cəminə əsasən aparılıb.

Şenol Günəşin rəhbərliyi altında ön xətdə ən çox əməyi keçənlərdən yalnız biri AVRO-2020-nin ilkin iştirak ərizəsinə salınmayıb. Bu da sıralamada birinci yeri tutan və hazırda zədədən əziyyət çəkən hücumçu Cenk Tosundur.

1. Cenk Tosun – 7 qol, 3 assist
2. Hakan Çalhanoğlu - 4 qol, 6 assist
3-5. Burak Yılmaz - 5 qol, 1 assist
3-5. Kenan Karaman - 5 qol, 1 assist
3-5. Ozan Tufan - 5 qol, 1 assist
6. Cengiz Ünder - 4 qol, 1 assist
7. Kaan Ayhan - 3 qol, 2 assist
8. Yusuf Yazıcı - 1 qol, 4 assist