11:25 16-05-2021
news_image
84
FUTBOL

Son 5 mövsümdə ilk - Mahir Emrelidən

“Qarabağ”ın futbolçusu Mahir Emreli Premyer Liqanın 2020/21 mövsümündə 2-ci dəfə penaltidən yararlana bilməyib.

Apasport.az saytının məlumatına görə, XXIV turun “Qəbələ” ilə qarşılaşmasında (5:0) imkanı qaçıran forvard XXVII turun “Keşlə” ilə matçında da (2:0) 11 metrlik nöqtədən xətaya yol verib.

Emreli son 5 mövsümdə ilk oyunçudur ki, çempionat ərzində iki penaltini qaçırır. Belə uğursuzluq yaşanmasına sonuncu dəfə 2015/16 mövsümündə təsadüf edilib. Həmin vaxt “Sumqayıt”da oynayan Ağabala Ramazanov hər iki şansı boşa verib.

Ümumiyyətlə, son 10 mövsümdə 6-cı dəfə belə hadisə yaşanıb. Mahirlə Ağabaladan başqa 2011/12 mövsümündə Flavinyo (“Neftçi”) və Miloş Zeçeviç (“Rəvan”), 2013/14 mövsümündə Junior Nildo (“Xəzər Lənkəran”), 2014/15 mövsümündə Nurlan Novruzov (“Bakı) iki 11 metrlik zərbədən yararlanmayıb.