11:39 16-05-2021
news_image
112
FUTBOL

5 məşqçiyə şərik oldu – Sərgən Yalçın

“Beşiktaş”ın baş məşqçisi Sərgən Yalçın həm futbolçu, həm də çalışdırıcı kimi bu uğura imza atıb.

Apasport.az saytının məlumatına görə, gənc mütəxəssis bunu reallaşdıran 6-cı şəxs olub

Yalçın futbolçu vaxtı “Beşiktaş” və “Qalatasaray”ın heyətində qızıl medallara sahib çıxıb. Ondan əvvəl Şenol Günəş, Hamza Hamzaoğlu, Aykut Kocaman, Ərtuğrul Sağlam və Okan Buruk həm futbolçu, həm məşqçi kimi Türkiyə çempionluğunu qazanıb.

Qeyd edək ki, mövsümü “Qalatasaray”la eyni xalda tamamlayan “Beşiktaş” top fərqinə görə 16-cı çempionluğunu əldə edib.