11:56 16-05-2021
news_image
79
FUTBOL

Mbappenin transfer istəyi – PSJ danışıq aparır

“Bavariya”nın hücumçusu Robert Levandovski ilə maraqlanan klubların sayı artır.

Apasport.az saytının məlumatına görə, 33 yaşlı forvardın transferində ən iddialı komanda isə PSJ-dir.

Hücumun mərkəzini gücləndirməyə çalışan fransızlar Polşa millisinin üzvü ilə bu mövqedəki boşluğu aradan qaldırmağı düşünür. Komandanın aparıcı futbolçularından Kilian Mbappe də rəhbərliklə söhbətində Levandovskinin transfer edilməsini istədiyini söyləyib. Bu üzdən Paris klubu danışıqlara başlayıb.

Qeyd edək ki, “Bavariya” müqavilə müddəti 2023-cü ilin yayına qədər olan Robert Levandovskini 60 milyon avroya satmağın əleyhinə deyil.