12:47 16-05-2021
news_image
2540
FUTBOL

“Neftçi”nin siyahısındakı iki əcnəbi – YALNIZ BİZDƏ

Premyer Liqada çempionluq uğrunda mübarizə aparan “Neftçi” transfer çalışmalarına da ara vermir.

Apasport.az saytının əldə etdiyi məlumata görə, bakılılar iki əcnəbi futbolçunun transferi üçün hərəkətə gəlib.

Onlardan biri “Dənizlispor”un hücumçusu Veton Tuşadır. Cəmi 18 yaşı olan kosovolu futbolçu özü də komandasını dəyişmək fikrindədir. Çünki Dənizli klubu Super Liqada sonuncu yeri tutaraq aşağı liqaya yuvarlanıb. Tuşanın “Dənizlispor”la müqavilə müddəti 2024-cü ilin yayına qədər olduğundan, “Neftçi” onu icarəyə götürmək variantını nəzərdən keçirir. Kosovonun aşağı yaş qrupu üzrə yığmalarında çıxış edən “Vardar”ın yetirməsinin Şimali Makedoniya vətəndaşlığı da var.

“Ağ-qaralar”ın skautlarının diqqətini çəkən digər futbolçu isə argentinalıdır. Bu, Sarandi “Arsenal”ında çıxış edən mərkəz müdafiəçisi Qaston Susodur. Hazırda “Arsenal”da icarə əsasında oynayan 30 yaşlı oyunçu “Platense”yə məxsusdur. Onun elita təmsilçisi ilə müqavilə müddəti ilin sonuna qədər olduğundan, “Neftçi”yə transferi problemsiz baş tuta bilər.

Qeyd edək ki, Qaston Suso karyerası ərzində yalnız vətəni Argentinada çıxış edib. Veton Tuşa isə bu ilin əvvəlindən “Dənizlispor”un əsas komandasında Super Liqada 11 oyun keçirib, 2 qola imza atıb.