13:03 16-05-2021
news_image
198
AVRO-2020

18 yaşında rekord vurdu – AVRO-2020-yə doğru

Avropa çempionatlarının final mərhələlərində qol sevinci yaşayan ən gənc futbolçular açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) cədvəlində 8 oyunçu yer alıb.

AVRO-2020 ərəfəsində açıqlanan cədvələ isveçrəli Yohan Vonlanten başçılıq edir. 18 yaşında fərqlənən oyunçu AVRO-2004-də vurduğu qolla rekorda imza atıb. Ueyn Runi ikinci, Renato Sançes üçüncüdür.

 

Futbolçu

komanda

yaş

oyun

tarix

1

Yohan Vonlanten

İsveçrə

18-141

Fransa (1:3)

21.06.2004

2

Ueyn Runi

İngiltərə

18-237

İsveçrə (3:0)

17.06.2004

3

Renato Sançes

Portuqaliya

18-317

Polşa (1:1)

30.06.2016

4

Draqan Stoykoviç

Yuqoslaviya

19-108

Fransa (2:3)

19.06.1984

5

Kriştiano Ronaldo

Portuqaliya

19-128

Yunanıstan (1:2)

12.06.2004

6

Ferens Bene

Macarıstan

19-183

İspaniya (1:2)

17.06.1964

7

Kristian Kivu

Rumıniya

19-238

İngiltərə (3:2)

20.06.2000

8

Patrik Klyuvert

Niderland

19-353

İngiltərə (1:4)

18.06.1996