13:06 16-05-2021
news_image
126
FUTBOL

DÇ-2022-nin seçmə mərhələsini tərk etdi - KXDR

KXDR dünya çempionatının seçmə mərhələsində çıxışını dayandırıb.

Apasport.az saytının məlumatına görə, bunu Asiya Futbol Konfederasiyası açıqlayıb.

Koreyalıların yarışdan çıxması koronavirus pandemiyası ilə bağlıdır. Bu addım futbolçuların təhlükəsizliyi məqsədilə atılıb. Bunadək Tokio Olimpiadasında iştirakdan da imtina edən KXDR seçmə mərhələdə 5 matçda 7 xal toplayıb.

Qeyd edək ki, KXDR-ın yarışdan çıxmasından sonra DÇ-2022-nin seçmə qrupunun turnir cədvəlinin taleyi ilə bağlı qeyri-müəyyənlikdir. Konfederasiya yekun qərarı FİFA ilə məsləhətləşərək verəcək.