13:32 16-05-2021
news_image
190
FUTBOL

Çağlar Söyüncü ilə bağlı qərarını verdi – “Lester”

“Lester” müdafiəçisi Çağlar Söyüncü ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi Türkiyə millisinin üzvü ilə müqavilə müddətini artırmaq niyyətindədir.

25 yaşlı oyunçu bir neçə nəhəng klubun maraq dairəsində olsa da, İngiltərə kubokunun qalibi aparıcı futbolçusunu itirmək istəmir. Bu səbəbdən Premyer Liqa təmsilçisi Çağların 2023-cü ilin yayına qədər olan sözləşmə müddətini daha 2 il uzatmaq üçün onunla danışığa başlayıb.

Qeyd edək ki, Çağlar Söyüncü “Lester”ə 2018-ci ildə “Frayburq”dan keçib.