13:51 16-05-2021
news_image
83
FUTBOL

Baş məşqçisini göndərdi – Bundesliqa klubu

Almaniyanın “Verder” klubu baş məşqçisi Florian Kofeldt istefaya göndərilib.

Apasport.az saytının məlumatına görə, buna Bremen təmsilçisinin uğursuz nəticələri səbəb olub.

Klub rəhbərliyi Bundesliqanın son turunu gözləməyə ehtiyac duymayıb. Mönhenqladbax “Borussiya”sı ilə mövsümün son matçında “Verder”ə komandanı 14 il çalışdıran Tomas Şaaf başçılıq edəcək.

Qeyd edək ki, “Verder” mövsümün sonuna bir tur qalmış 16-cı sırada qərarlaşıb.