15:59 16-05-2021
news_image
88
FUTBOL

“Arsenal”dan ayrılacaq - Villian

İngiltərənin “Arsenal” klubunun futbolçusu Villian London təmsilçisini tərk edəcək.

Apasport.az saytının məlumatına görə, braziliyalı yarımmüdafiəçi bir neçə təklif alıb.

O, Avropanın aparıcı klubları və MLS-də çıxış edən “İnter Mayami”yə keçid variantları arasında seçim edir. Futbolçu ilə vidalaşmağa razı olan “Arsenal” da danışıqlar aparmağa hazırdır.

Qeyd edək ki, ötən yay “Çelsi”dən “Arsenal”a keçən Villianın müqaviləsi 2023-cü ildə başa çatacaq.