17:06 16-05-2021
news_image
239
FUTBOL

6 ata-oğul – millidə oynamış

Futbol istedadı bəzən nəsildən-nəsilə ötürülür.

Apasport.az saytının məlumatına görə, dünya futbolunda saysız-hesabsız ata-oğul oyunçuları olub.

Argentinada isə bəzi hallarda atadan sonra oğul da milli komandanın formasını geyinməyə müvəffəq olub. Bu yazıda həmin şəxsləri qeyd edəcəyik:

Aleksis Makallister - Karlos Makallister
“Brayton”un formasını geyinən 22 yaşlı Aleksis Argentina millisinin heyətində hələlik cəmi 2 oyun keçirib. Atası Karlos Makallister isə 1993-cü ildə yığmada 3 matç keçirib.

Dieqo Perotti - Uqo Perotti
“Fənərbaxça”da çıxış edən Dieqo Perotti “tanqoçular”da 5 oyun keçirib. Atası Uqo Perotti isə 1979-cu ildə Bolqarıstan və İrlandiya ilə qarşılaşmaların iştirakçısı olub.

Santyaqo Solari - Eduardo Solari
Vaxtilə “Real”dakı çıxışı ilə tanınan Santyaqo Solari 6 dəfə Argentina yığmasının formasını geyinib. Onun atası Eduardo Solari də 1975-ci ildə əsas milliyə yüksəlməyə nail olub.

Visente de la Mata - Visente de la Mata
Həm atann, həm də oğulun adı eynidir. Visente de la Mata 3 dəfə (1937, 1945, 1946) Amerika Kubokunu qazanıbsa, oğlu titulsuz qalıb.

Xuan Sebastian Veron - Xuan Ramon Veron
Əfsanəvi Xuan Sebastian Veron Argentina millisinin heyətində 75 oyuna çıxıb, 10 qola imza atıb. Ancaq atası Xuan Ramon Veron cəmi 4 görüşlə kifayətlənməli olub.

Covanni Simeone - Dieqo Simeone
25 yaşlı hücumçu Covanni Simeone yığmada 5 matçın iştirakçısı olub. Hazırda “Atletiko”nun baş məşqçisi vəzifəsində çalışan atası Dieqo Simeone isə millidə 108 oyunda çıxış edib, 11 dəfə fərqlənib.