22:35 16-05-2021
news_image
179
TOP OYUNLARI

Karyerasını bitirdi – Azərbaycan çempionatının ikiqat mükafatçısı

Almaniya millisinin sabiq voleybolçusu Lenka Dürr karyerasını başa vurub.

Apasport.az saytının məlumatına görə, libero 31 yaşında idmanla vidalaşıb.

Karyerasının iki mövsümünü Azərbaycanda keçirən Lenka “İqtisadçı” (2013/14) və “Azəryol”da (2014/15) forma geyinib. O, hər iki komanda ilə bürünc medala yiyələnib. Dürrün son klubu 2019-21-ci illərdə formasını geyindiyi Almaniya təmsilçisi “Drezdner” olub.

Qeyd edək ki, Lenka Bundestimin heyətində Avropa çempionatının gümüş mükafatçısıdır.