09:32 17-05-2021
news_image
481
FUTBOL

Messi milliyə çağırıldı – Çili və Kolumbiya ilə oyunlar üçün

Argentina yığmasının DÇ-2022-nin seçmə mərhələsinin Cənubi Amerika zonasında Çili və Kolumbiya ilə keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Apasport.az saytının məlumatına görə, məşqçilər korpusu qarşıdakı matçlara 30 futbolçu dəvət edib.

Yığmaya çağırılanlar arasında Serxio Aquero, Anxel Di Mariya, Lautaro Martines və Lionel Messi kimi dünya ulduzları da var. Argentinalılar iyunun 4-də evdə Çili, 9-da isə səfərdə Kolumbiyanı sınağa çəkəcək.

Qeyd edək ki, Argentina yığması DÇ-2022-nin seçmə mərhələsində 4 turdan sonra 10 xalla ikinci pillədə qərarlaşır.