09:43 17-05-2021
news_image
286
FUTBOL

Üçüncü sonuncu oldu – ikinci uğursuz

Fransa Liqa1-i tərk edən daha bir komanda müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, XXXVII turda “Lion”a 2:5 hesabı ilə uduzan “Nim” aşağı dəstəyə yuvarlanıb.

Komanda sona bir tur qalmış 19-cu sırada qərarlaşıb və bu mövqeyi yaxşılaşdırmaq imkanını itirib. “Nim” Liqa1-i tərk edəcəyi dəqiqləşən ikinci komandadır. Bunadək “Dijon” da elita ilə vidalaşıb.

Qeyd edək ki, “Nim” son üç mövsümdə Liqa1-də mübarizə aparıb.