10:12 17-05-2021
news_image
278
DİGƏR NÖVLƏR

Başqa ölkəyə köçür - Avstraliya açıq çempionatı

Tennis üzrə Avstraliya açıq çempionatının təşkilatçıları yarışı başqa ölkədə keçirməyi nəzərdən keçirir.

Apasport.az saytının məlumatına görə, buna səbəb koronavirus pandemiyasıdır.

Bu üzdən ölkənin sərhədlərinin 2022-ci ilin ortalarına qədər bağlanması gözlənilir. Belə vəziyyətdə idmançılar 2022-ci ildə Melburnda təşkil olunacaq yarış öncəsi 2 həftəlik karantin keçməlidir.

Lakin bu ilin uğursuz təcrübəsi əksər tennisçilərin yarışa qatılmaq istəməyəcəyindən xəbər verir. Məhz bu üzdən təşkilatçılar idmançılar üçün şərtlərin yüngülləşdirilməsi üçün hökumətlə danışıqlar aparacaq. 

Müsbət nəticə əldə olunmasa, yarışın Asiyada təşkili ön plana keçəcək. Avstraliya açıq çempionatının Dubay (BƏƏ) və ya Dohada (Qətər) keçirilmək variantları mövcuddur.