10:53 17-05-2021
news_image
2103
FUTBOL

“Qarabağ”ın Niderlanddakı gözaltısı – YALNIZ BİZDƏ

Ardıcıl 8-ci dəfə Premyer Liqanın qalibi kimi Azərbaycanı Çempionlar Liqasında təmsil etmək istəyən “Qarabağ” transfer çalışmalarını da davam etdirir.

Apasport.az saytının əldə etdiyi məlumatına görə, Ağdam klubu Niderland transfer bazarında xüsusi fəallıq göstərir.

Baş məşqçi Qurban Qurbanovun siyahısında adı olan futbolçulardan biri də “Emmen”in yarımmüdafiəçisi Qlenn Biyldir. Universallığı ilə seçilən, həm orta sahədə, həm də müdafiənin sağ cinahında oynamağı bacaran Biyl üçün “Qarabağ” qarşı tərəflə danışığa da başlayıb.

26 yaşlı futbolçunun “Emmen”lə müqavilə müddəti 2022-ci ilin yayına qədər olsa da, niderlandlı bu yay komandasını azad agent kimi tərk edə bilər. Çünki “Emmen” bu ay elitada qalmaq uğrunda pley-off oyunları keçirəcək. Əgər komanda aşağı liqaya yuvarlansa, Biyl oradan ayrılacaq. Üstəlik, “Qarabağ”ın avrokuboklarda iştirakı da oyunçunun qərarına təsir edə bilər.

Qeyd edək ki, “Qroningen”in yetirməsi olan Qlenn Biyl 2017-ci ildən “Emmen”in şərəfini qoruyur. Yerli futbolçu hələ də legioner həyatı yaşamayıb.