12:49 17-05-2021
news_image
437
STOLÜSTÜ OYUNLAR

Əvvəlki yığmasına qayıtmaq istəyir - Azərbaycandan ayrılan qrossmeyster

“Arkadi Naydiçin problemi ondadır ki, çox ziddiyyətli şəxsiyyətdir”.

Apasport.az saytının məlumatına görə, bunu Münhen Şahmat Akademiyasının direktoru Stefan Kinderman deyib.

Funksioner bir müddət Azərbaycan yığmasının şərəfini qoruyan şahmatçı Arkadi Naydiçin yenidən Almaniya millisinə qayıtmaq istəyinə münasibət bildirib. O, qrossmeysterin yenidən Almaniya bayrağı altında oynamasına bu ölkənin federasiyası tərəfindən hələ də razılıq verilməməsinin səbəbinə aydınlıq gətirib: “Naydiçin rəsmi şəxslərlə münasibətləri həmişə gərgin olub. Prinsipcə, onun komandanı gücləndirməsi çox yaxşı olardı. Amma digər məsələ onun digərləri ilə nə dərəcədə vəhdət təşkil edəcəyidir. Əgər yığmanın digər üzvləri onun qayıdışını istəsələr, niyə də olmasın ki?”.

Qeyd edək ki, Naydiçlə Azərbaycan Şahmat Federasiyası arasında olan müqaviləyə qarşılıqlı razılıq əsasında bu ilin əvvəlində xitam verilib.