12:53 17-05-2021
news_image
175
FUTBOL

Azarkeşlərlə bağlı qərar dəyişdi - final oyununda

Türkiyə kubokunun final matçı tamaşaçısız keçiriləcək.

Apasport.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) qərar qəbul edib.

Qurum daha əvvəl “Antalyaspor”la “Beşiktaş” arasında baş tutacaq qarşılaşmaya azarkeşlərin buraxılacağını bildirmişdi. Lakin ölkədə karantin rejimi ilə bağlı yeni qərarların qəbulu TFF-ni fikrindən daşındırıb.

İzmirdəki “Gürsel Aksel” stadionundakı görüşdə hər komandanın 250 nəfərdən ibarət nümayəndə heyətinin arenaya girişinə icazə veriləcək.

Qeyd edək ki, “Antalyaspor” – “Beşiktaş” oyunu mayın 18-də keçiriləcək.