13:52 17-05-2021
news_image
140
FUTBOL

“Zirə”nin iki futbolçusuna ağır cəza – hakimi söydükləri üçün

AFFA İntizam Komitəsi Premyer Liqa və birinci divizionla yanaşı, aşağı yaş qrupları üzrə çempionatlarda baş vermiş neqativ hallara da hüquqi qiymət verib.

Apasport.az saytının məlumatına görə, “Zirə” futbolçularına Gənclər Kubokunda “Kəpəz”lə keçirilən ev oyununda kəsilən cəza xüsusi diqqət çəkib.

Paytaxt təmsilçisinin heyətində Rəhim Cəfərli 45+2-ci, Peyman Səmədli isə 90+2-ci dəqiqədə hakimi təhqir etdiyi üçün 4 oyunluq diskvalifikasiyaya məruz qalıb.

Hər iki oyunçu birbaşa qırmızı vərəqə ilə meydandan qovulmuşdu.