14:12 17-05-2021
news_image
568
FUTBOL

Futbolçu tapmır - “Sabah”

Futbol üzrə Azərbaycan çempionatında nadir hadisə qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, “Sabah”ın ikinci komandası “Kəpəz”lə Gəncədəki oyuna cəmi 12 futbolçu ilə yollanıb.

Paytaxt təmsilçisinin start heyətindəki 11 oyunçudan başqa yalnız bir ehtiyat futbolçusu var. Həmin yeganə ehtiyat da vaxtilə böyük perspektiv vəd edən Elşən Abdullayevdir.

Adını protokola yazmağa futbolçu tapmayan “Sabah” çətin vəziyyətə düşə də bilər. Çünki komanda ən yaxşı halda bir əvəzetmə reallaşdırmaq imkanına malikdir.

Qeyd edək ki, mövsümün son turunun oyunu saat 15:00-da başlayacaq.