15:12 17-05-2021
news_image
119
FUTBOL

Premyer Liqa tarixində het-trik edən ispanlar - ADLAR

Ötən ilin yayında “Mançester Siti”nin “Valensiya”dan transfer etdiyi Ferran Torres Premyer Liqada ilk het-trikinə XXXVI turda “Nyukasl” səfərində imza atıb.

Apasport.az saytının məlumatına görə, 21 yaşlı futbolçu komandasının 4:3 hesablı qələbəsinə töhfə verib.

Cari mövsüm ümumilikdə 34 matçda 13 qol, 3 assistlə yadda qalan Torres Premyer Liqa tarixində het-trik edən 8-ci futbolçu olub. Bəs ondan əvvəl hansı ispaniyalı oyunçular bunu bacarıb?

Fernando Torres
Torres Premyer Liqada oynamış ispaniyalılar arasında ən çox het-trik edən futbolçudur. “Liverpul”un heyətində 3 dəfə bunu bacaran sabiq forvard 1 dəfə də “Çelsi”də reallaşdırıb.

Jordi Qomes
Qomes “Viqan”ın forması altında “Ridinq”lə görüşdə 3 qol vurub. 2012-ci ildə baş tutan qarşılaşmada “Viqan” 3:2 hesablı qələbə qazanıb.

Santi Kazorla
2012-ci ildə “Arsenal”a keçən Kazorlanın Premyer Liqada 1 het-triki var. O da 2012-ci ildə məhz “Ridinq”lə qarşılaşmada (5:2) 3 topla komandasının qələbəsinə töhfə verib.

Dieqo Kosta
Kosta “Çelsi” forması altında bir dəfə belə göstəriciyə imza atıb. Bu, 2014-cü ildə “Suonsi” üzərində 4:2 hesablı qələbə qazanılan matça təsadüf edib.

Alvaro Morata
2017-ci ildə “Çelsi”yə transfer olunan Morata həmin il “Stok Siti” (4:0) ilə qarşılaşmada het-triklə yadda qalıb.

Jerar Dulofeu
“Barselona” akademiyasında yetişən Dulofeu “Uotrofd”un heyətində Premyer Liqada bir dəfə het-trik edib. Bu, 2019-cu ildə “Kardiff Siti” (5:1) ilə oyunda baş verib.

Ayoze Peres
Premyer Liqada iki dəfə het-trik edən Peres hər iki halda “Sauthempton”u cəzalandırıb. 2019-cu ildə “Nyukasl”ın heyətində (3:1) qələbənin memarı olan futbolçu daha sonra “Lester”in 9:0 hesablı qələbəsi zamanı 3 qol vurub.