15:43 17-05-2021
news_image
145
FUTBOL

Baş məşqçiliyə namizəd oldu – “Milan”ın sabiq futbolçusu

İtaliyanın “Parma” klubunun baş məşqçisi postuna əsas namizəd bəlli olub.

Apasport.az saytının məlumatına görə, bu vəzifəyə “Milan”ın sabiq futbolçusu Massimo Oddo gətirilə bilər.

Klub nümayəndələri 44 yaşlı mütəxəssislə görüşüb. Tərəflər arasında təyinatla bağlı müzakirələr aparılıb. Lakin digər namizədləri də nəzərdən keçirən klub rəhbərliyi yekun qərarını verməyə tələsmir.

Qeyd edək ki, Oddo əvvəllər “Peskara”, “Krotone”, “Peruca” və “Udineze”də çalışıb.